Fevralın 21-də baş verən hadisə anbaan avtomobildəki kameraya qeyd olunub. Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın İsmayıl bəy Qutqaşınlı küçəsilə İnşaatçılar prospektinin kəsişməsində baş verib.
Belə ki, yolun kənarı ilə hərəkət edən piyadanın ayağı sürüşərək arxası üstə yıxılıb. Bu zaman ərazidə xidmət aparan Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə məxsus 99-YP-384 qeydiyyat nişanlı yol polisi avtomobilinin ekipajı dərhal dayanaraq yıxılan piyadaya kömək ediblər. Görüntünü qeydə alan sürücü bildirir ki, yıxılmış piyada özünü rahat hiss edənə qədər polis əməkdaşları onun yanında qalıb.
Sözügedən videonu təqdim edirik.