Ölkə

Aybəniz İsmayılovanın ADY-dəki qohumları – SİYAHI

Aybəniz İsmayılovanın ADY-dəki qohumları – SİYAHIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin Kommunikasiya departamentinin rəhbəri vəzifəsindən nöqsanlara görə azad edilən Aybəniz Rafik qızı İsmayılovanın ADY-də hələ də çalışan ona yaxın olanların və qohumlarının siyahısı məlum olub.

7Times.az xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, bu şəxslər qurumda yüksək vəzifə tuturlar.

Siyahını təqdim edirik:

1. Ceyhun Nağıyev – QSC-nin İnsan resursları departamentinin müdiri (əvvəllər “OBA” marketlər şəbəkəsində çalışıb),

2. Azər Fərəcov – Sərnişindaşıma departamentinin müdiri (“Atasığorta” ASC-də çalışıb, daha sonra kənarlaşdırılıb),

3. Emil İsmayılov – Sərnişindaşıma xidmətinin rəisi (Sığorta şirkətlərinin birində çalışıb),

4. Fərəh Mirili – PR Departmentinin baş mütəxəssisi, satınalma və tədbirlərin təşkilinə cavabdeh şəxs (Aybəniz İsmayılovanın nöqsanları əsasən F.Mirilinin sorğu-sual edilməsi əsasında üzə çıxıb),

5. Anar İmanverdiyev – Rəqəmsallaşma departamentinin müdir müavini (Ceyhun Nağıyevin kirvəsidir),

6. Daşqın Rəcəbli – Kommunikasiya departamentinin rəhbərinin müavini (Aybəniz İsmayılovanın dostu),

7. Nigar İzmayılova – Cüdo Federsiyasında sponsorluq layihələri üzrə müşavir.

8. Çinarə Balıyeva – Bakı Metropolitenində mətbuat xidmətinə müavin gətirilib. Aybaniz İsmayılovanın yaxın rəfiqəsidir. Onu qardaşı ilə ADY-ə gətirmək istəsə də, qardaşı ADY-də işə düzəlib, xanım isə daxili yoxlamadan keçə bilməyib, rəfiqəsi onu metroya işə düzəldib.
Xatırladaq ki, Bakı metosunun yeni rəhbəri də ADY-dən gəlib. Bütün baş verənlərdən xəbəri var.

Qeyd: Hazırda A.İsmayılovanın vəzifədə olduğu dövr üzrə yoxlamaların aparıldığı bildirilir.