Maqazin

Aysel Türkiyədə beynəlxalq jurnalın ÜZ QABIĞINDA

Aysel Türkiyədə beynəlxalq jurnalın ÜZ QABIĞINDAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur aktrisa Aysel Nazim növbəti uğuru ilə pərəstişkarlarını sevindirib.

7times.az saytının xüsusi xəbərinə əsasən məşhur “Gold Book Magazine” jurnalının 55-ci buraxılışının üz qabığında gözəl aktrisa Aysel Nazim yer alıb.

Türkiyədə fəaliyyət göstərən beynəlxalq zinət əşyaları jurnalında Aysel dünyaca məşhur qızıl markalarının tanıtımını edib. “Gold Book Magazine” jurnalı Türkiyə ilə yanaşı Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Qətər, Küveyt, İtaliya, Hindistan, Amerika Birləşmiş Ştatları, Rusiya və Ukrayna  kimi ölkələrdə də çap olunur.

Xatırladaq ki, Aysel Nazim Türkiyəyə köçərək, karyerasına orada davam edir.

Aysel Nazimin saytımız üçün eksklüziv olaraq göndərdiyi şəkilləri sizə təqdim edirik:

Elmir Kərimli