Gündəm

Azad olunmuş ərazilərə müntəzəm avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Azad olunmuş ərazilərə müntəzəm avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə may ayı üçün biletlər aprelin 26-da saat 15:00-da satışa çıxarılacaq.

7Times.az agentliyin mətbuat xidmətinə istinadla xəbər verir ki, marşrut xətləri üzrə bilet satışı www.yolumuzqarabaga.az portalı üzərindən onlayn qaydada həyata keçirilir. Gediş və qayıdış biletləri əvvəlcədən eyni vaxtda sifariş olunmalıdır. Vətəndaşlar bilet almaq üçün şəxsiyyətini təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Onun başqa şəxsə ötürülməsi mümkün deyil.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərə ilk müntəzəm avtobus marşrutları 2022-ci il yanvarın 24-də istifadəyə verilib.