Ölkə

“WhatsApp”yazışmaları üzə çıxdı,keçmiş müdir həbs edildi – Araşdırma

“WhatsApp” yazışmaları üzə çıxdı,keçmiş müdir həbs edildi – Araşdırmabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir müddət bundan əvvəl ETSN-nin 5 saylı Quba RMTM-nin direktoru Elvin Baxışov iclasda idarənin bir əməkdaşının ünvanına ağır sözlər ünvanlayaraq onu qeyri-etik bir formada təhqir edib. Buna səbəb isə həmin əməkdaşla mərkəzin əvvəlki direktoru ilə aralarında olan whatsApp yazışmalarının üzə çıxması olub.
Belə ki, həmin yazışmalarda sözügedən əməkdaşın keçmiş direktora, mərkəzdə baş verən neqativ hallar barədə mütamadi məlumat verməsi üzə çıxıb.

Bundan xəbər tutan Elvin Baxışov iclasa həmin əməkdaşı buraxmayıb və toplantıda onun ünvanına ağır sözlər səsləndirib.
Elvin Baxışov daha sonra həmin əməkdaşı işdən azad edib.

Bu barədə Dövlət Əmək Müfəttişliyinə müraciət edən həmin əməkdaşın şikayəti əsasında araşdırma aparılıb və nəticədə 5 saylı Quba RMTM-nin direktoru Elvin Baxışov barəsində inzibati xətalar məcəlləsinin 192.4-ci maddəsinə, yəni işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinat və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə 20 may 2024-cü il tarixində inzibati xəta haqqında protokol tərtib edilib.

Qeyd edək ki, həmin əməkdaşla yazışmaları üzə çıxan meşə idarəsinin əvvəlki direktoru Ramin Mürsəlov olub. Elvin Baxışov daha sonra Ramin Mürsəlovla mübahisə edib. Qısa bir müddət sonra isə Ramin Mürsəlov Quba RPŞ-i tərəfindən saxlanılaraq barəsində 15 gün inzibati həbs qəti imkan tədbiri seçilib.


Bu müəmmalı həbsin təfərrüatı əlbətki Ramin Mürsəlov kimi nəzakətli və kübar bir insanın davranışına, həmçinin onun rayon ictimai arasında olan nüfuzuna ziddiyyət təşkil etdiyi heç kimə sirr deyil. Biz bu həbsin sifarişli və yaxud süni planlaşdırılmış bir formada həyata keçirilməyini ehtiva etmirik. Amma bir məsəl var.
“Yalanı nə qədər al qumaşa büksəndə o mütləq qaranlıqda parıldayan almas kimi işaq saçar”