“Azərbaycan Avropa Məhkəməsinin çıxardığı qərarları tanımayacaq”.
7Times.az xəbər verir ki, bunu Prezident İlham Əliyev aprelin 9-da ADA Universitetində “Yeni dünya nizamına doğru” adlı forumda çıxış edərkən bildirib.
Dövlət başçısı deyib ki, əgər nümayəndə heyəti Assambleyanın iclaslarında iştirak etmirsə və Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) hakimlərinin seçimində səs verə bilmirsə, məhkəmənin Azərbaycan haqda çıxardığı qərarlar da etibarsız sayılacaq.
“Biz səsvermə hüququndan məhrum olunmuşuq. O hakimlərə səs verməmişik, kim olduqlarını bilmirik”, – Prezident vurğulayıb.
Follow @7timesaz