Ölkə

Azərbaycan Bütövlük Platforması (ABP) İdarə Heyətinin növbəti toplantısı keçirilib

Azərbaycan Bütövlük Platforması (ABP) İdarə Heyətinin növbəti toplantısı keçirilibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Bütövlük Platforması (ABP) İdarə Heyətinin növbəti toplantısı keçirilib.

ABP sədri Bəhram İsmayıl iclası açaraq gündəliyi müzakirəyə təqdim edib. Gündəliyin birinci məsələsi üzrə ABP-nin 20 yanvar hadisələri ilə bağlı keçirdiyi tədbirlər müzakirə edilib və qənaətbəxş qiymətləndirilib. Daha sonra 10 fevral 1828 -ci il Azərbaycanı ikiyə parçalayan Türkmənçay müqaviləsinin ildönümü ilə bağlı tədbirlər planı müzakirə olunub. İdarə Heyətinin üzvləri Teyyub İsmayılov, Fərəc Yusifbəyli, Kamran Güllər, Nəsimi Şərəfxanlı, Ruslan Rəsulzadə və başqalarının təklifləri dinlənilib. Türkmənçay müqaviləsinin ildönümü ilə bağlı tədbirlər planı qəbul edilib.

Gündəlikdə duran məsələlərə uyğun olaraq Güney Azərbaycan türklərinin durumu, Güneydə baş verən proseslərə dəstək imkanları ilə bağlı fikir mübadiləsi aparılıb və ABP-nin yaxın dövr üçün fəaliyyət istiqamətləri müəyyənləşdirilib.