Ölkə

Azərbaycan Ermənistanla delimitasiya üzrə ikitərəfli komissiyaya Baş nazirin müavinin rəhbərlik etməsini təklif edib

Azərbaycan Ermənistanla delimitasiya üzrə ikitərəfli komissiyaya Baş nazirin müavinin rəhbərlik etməsini təklif edibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
6 aprel tarixində Brüsseldə Azərbaycan Prezidenti, Ermənistan Baş naziri və Avropa İttifaqı Şurasının Prezidentinin iştirakı ilə keçirilən görüşdən sonra əldə olunan razılıqlardan biri də o idi ki, sərhədlərin delimitasiyası ilə bağlı komissiya yaradılacaq.
Bunu xarici işlər naziri Ceyhun Bayramov deyib.
Milli Məclisdə TÜRKPA-nın Qadın Parlamentarilər Qrupunun görüşü olub
Ceyhun Bayramov Fransa XİN rəsmisi ilə Ermənistanla normallaşma prosesini müzakirə edib
Soltan Məmmədov Fransanın Şərq Tərəfdaşlığı üzrə səfiri ilə görüşüb – FOTO
O bildirib ki, aprel ayının sonunadək ilk iclasın keçirilməsi planlaşdırılırdı.
“Onu qeyd edə bilərəm ki, görüş keçirməzdən öncə mənim Ermənistan xarici işlər naziri ilə iki dəfə telefon danışığım olub. Bu zaman biz komissiyanın tərkibi ilə bağlı təkliflərimizi vermişik. Məhz Ermənistan-Azərbaycan sərhədinin delimitasiya prosesində digər qonşu ölkələrlə delimitasiya prosesindən bir sıra xüsusiyyətlərin fərqlərini nəzərə alaraq, təklifimiz o idi ki, komissiya fərqli formatda təşkil edilməlidir. Azərbaycan tərəfinin təklifi o idi ki, Azərbaycan tərəfdən komissiyaya rəhbərlik edən şəxs Baş nazirin müavini səviyyəsində olsun. Hələ ilk telefon danışığımız zamanı Ermənistan xarici işlər naziri bunu anlaşıqla qəbul etdi və dedi ki, bunu Ermənistanda müzakirə etmək üçün əlavə vaxt lazımdır. Daha sonra Ermənistan tərəfi bu təklifin onlar üçün də məqbul olduğunu qeyd etdi. Komissiyanın tərkibi barədə tərəflərin razılığı mövcuddur. Azərbaycan tərəfi hələ aprel ayında bu iclasın keçirilməsinə hazır idi. Biz yenə də hazırıq. Ermənistan tərəfi öz prosedurlarını yerinə yetirdikdən sonra belə bir iclası keçirmək mümkün olacaq”, – nazir vurğulayıb.