Region

Azərbaycan hərbi helikopteri Türkiyədə təcili eniş etdi – VİDEO

Azərbaycan hərbi helikopteri Türkiyədə təcili eniş etdi – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus Mİ-17 tipli helikopter bu gün Bakı vaxtilə saat 20:00 radələrində Türkiyənin Giresun rayonunun Tirebolu ilçəsi ərazisində təcili eniş edib.

7times.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Məlumatda 6 nəfərlik heyəti olan hərbi helikopterin Yalıköy kəndi yaxınlığındakı dəniz sahilinə endiyi bildirlib.

Helikopterin Amasyadakı Merzifon Hərbi Hava Qüvvələri bazasına getdiyi qeyd olunub.

İlkin məlumata əsasən, Mİ-17-nin təcili enişinə mühərrikində yaranan problemlər səbəb olub. Hadisə nəticəsində heç kimin xəsarət almadığı bildirilib.