Ölkə

“Azərbaycan hökumətinın 2026-cı illə bağlı planları yaxşı sağlığa bənzəyir” – NATİQ CƏFƏRLİ

“Azərbaycan hökumətinın 2026-cı illə bağlı planları yaxşı sağlığa bənzəyir” – NATİQ CƏFƏRLİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Çünki xroniki problemlərlə, inhisarçılıqla bağlı heç bir addım atmaq istəmir”

“2022-ci ildə Gürcüstana 5,4 mln. xarici vətəndaş səfər edib, turizm gəlirləri 3,5 mlrd. dollara yaxın olub. 2022-ci ildə Azərbaycana 1,6 mln. xarici ölkə vətəndaşları səfər edib, keçən ildə ölkənin turizm gəlirləri, ən yaxşı halda 1,5 mlrd. dollar olacaq (hesabatlar çıxanda dəqiq biləcəyik). Gürcüstana dünyanın 40-a yaxın avişirkəti uçur, quru sərhədləri də açıqdır. Azərbaycanda hava yolu ilə sərnişin daşımanın 90%-i AZAL və BUTA-nın payına düşür, quru sərhədlər də absurd bəhanələrlə bağlıdır”. 

Bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli 7Times.az-a açıqlamasında qeyd edib.

İqtisadçı ekspertin sözlərinə görə, Gürcüstan hökuməti yaxın 5 ildə turist sayını 10 mln. nəfərə, bu sahədən gələn gəlirləri isə 8 mlrd. dollara çatdırmağı düşünür: “Azərbaycan hökuməti də elan edib ki, 2026-cı ildə xaricdən ölkəyə gələn turist sayı 4 mln. nəfərə, xarici turistlərdən gələn gəlir isə 3 mlrd. dolları keçəcək. Gürcüstan hökuməti hədəflərinə çatmaq üçün ölkəni daha çox açmağı, qaydaları daha da sadələşdirməyi düşünür. Məsələn, 2022-ci ildə ölkəyə 10 yeni avişirkət uçmağa başlayıb və 9 yeni istiqamət üzrə uçuşlar başlayıb. Bundan başqa, Gürcüstan hökuməti yaxın 5 ildə hər il turizmlə məşğul olan şirkətlərə və müxtəlif yeni inftrastruktur layihələrinə 250 mln. lariyə yaxın təşviq paketi ayıracağını elan etdi”.

Natiq Cəfərli hesab edir ki, Azərbaycan hökumətinın 2026-cı illə bağlı planları isə yaxşı sağlığa bənzəyir: “Çünki xroniki problemlərlə, inhisarçılıqla bağlı heç bir addım atmaq istəmir”.

7Times.az