Region

Azərbaycan Ordusu üçün yol xəritəsi hazırlanıb – Hulusi Akar

Azərbaycan Ordusu üçün yol xəritəsi hazırlanıb – Akarbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkün yumruğu erməninin başına endirildi. 30 ildən bəri davam edən haqsızlıq, oradakı qardaşlarımızın sıxıntıları, çox şükür ki, sona çatdı. Buradakı qalibiyyət tarixə qızıl hərflərlə yazılacaq.

7times.az xəbər verir ki, bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar həmkarı Zakir Həsənovla videoformatda keçirilən görüşündə bildirib.

O, qazanılmış qələbə münasibətilə Azərbaycanı bir daha təbrik edərək deyib ki, Azərbaycan Ordusunun dövrün tələblərinə uyğun yenidən qurulması, modernizasiya edilməsi və iki qardaş ölkənin silahlı qüvvələrinin gələcəkdə də birlikdə fəaliyyət göstərməsi üçün “Yol xəritəsi” hazırlanıb və reallaşdırılmasına başlanılıb.