İqtisadiyyat

Azərbaycan-Rusiya sərhədindəki tıxacın – Videosu

Azərbaycan-Rusiya sərhədindəki tıxacın – Videosubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər Rusiya ilə sərhəddə yerləşən “Samur” gömrük postunda yaranan sıxlığın videogörüntüsü yayılıb.

7times.az-ın verdiyi xəbərə görə, sərhəddən keçən yük nəqliyyat vasitələrinin sayında ciddi artım olduğu üçün sərhəd məntəqəsinə gedən yolda böyük tıxac yaranıb. Hazırda növbədə gözləyən yük maşınlarının sayı üç rəqəmli ədədlərlə ölçülür.

Samur gömrük postunun rəis müavini Firdovsi Əbilov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hazırda müşahidə edilən sıxlıq mövsümlə əlaqədar olaraq ölkə ərazisindən tranzit keçən yüklərlə bağlıdır: “Gün ərzində “Samur” gömrük postu 250-dən çox yük nəqliyyat vasitələrinin keçidini təmin edir. Lakin buna baxmayaraq, qarşı tərəfin gömrük orqanının infrastrukturu buna imkan yaratmır. “Samur” gömrük postu gücləndirilmiş iş rejiminə fəaliyyət göstərir, sıxlıq tez bir zamanda aradan qaldırılacaq”.

qafqazinfo.az