Siyasət

Azərbaycan, Rusiya və Ermənistan rəsmilərinin üçtərəfli görüşündə RAZILIQ

Azərbaycan, Rusiya və Ermənistan rəsmilərinin üçtərəfli görüşündə RAZILIQbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının inşasının müzakirə edilməsi üçün Azərbaycan, Rusiya və Ermənistan Baş nazirlərinin müavinlərinin üçtərəfli görüşü keçirilib.

7times.az xəbər verir ki, Rusiya Baş nazirinin müavini Aleksey Overçukun mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycan tərəfindən Şahin Mustafayev, Rusiyadan Aleksey Overçuk, Ermənistandan isə Mqer Qriqoryan iştirak ediblər.

Üçtərəfli işçi qrupun iclası zamanı Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası Baş nazirinin və Rusiya Federasiyası Prezidentinin 10 noyabr 2020-ci il tarixli Bəyanatının 9-cu bəndinin icrasından irəli gələn birgə əsas işin istiqamətləri, habelə 11 yanvar 2021-ci il tarixli Bəyanatın 2, 3, 4-cü bəndlərinə baxılıb.

İşçi qrupun iclasının yekunu ilə bağlı tərəflər dəmir yolu, avtomobil və kombinə edilmiş daşınmalarla bağlı, təhlükəsizlik, sərhəd, gömrük, sanitariya, baytarlıq, fitosanitar və digər nəzarət növləri daxil olmaqla, nəqliyyatın təmin edilməsi məsələləri bağlı razılığa gəliblər.

Tərəflər ekspert alt qruplarının formalaşdırılmasını 2 Fevral 2021-ci ilə qədər tamamlamağa və ilk görüşlərini 5 Fevral 2021-ci il tarixinədək keçirməyə razılaşıblar.

Üçtərəfli İşçi Qrupunun növbəti iclasının Moskvada keçirilməsinə qərar verilib. Tarix həmsədrlər tərəfindən iş qaydasında razılaşdırılacaq.Xatırladaq ki, yanvarın 11-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşünün yekunları ilə bağlı Baş nazirlərin müavinlərindən ibarət üçtərəfli işçi qrupun yaradılması qərara alınıb.