Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyaya başsağlığı verib.
7Times.az xəbər verir ki, bu barədə məlumat XİN-in rəsmi tvitter hesabında paylaşılıb.
“Kamçatkada Kuril gölü ərazisində göyərtəsində turistlər olan Mİ-8 helikopterinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə və doğmalarına, Rusiya xalqına dərin hüznlə başsağlığı veririk”, – deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, Rusiyanın Kamçatka ərazisində turistlərin olduğu helikopter düşüb. İlkin məlumata görə, Mi-8 helikopterinin göyərtəsində 16 nəfər olub (13 turist və 3 ekipaj üzvü).
Onlardan 8-nin həlak olduğu qeyd olunur.
Follow @7timesaz