“Azərbaycan və Ermənistan liderlərinin görüşündən danışmaq hələlik tezdir. Ona görə ki, erməni tərəfi öz yanaşmalarında destruktivlik yanaşma nümayiş etdirir”.
7times.az APA-ya istinadla xəbər verir ki, bunu Azərbaycan XİN başçısı Ceyhun Bayramovun Rusiya paytaxtına səfərinin yekunları ilə bağlı TASS-a müsahibəsində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib.
“Prezidentimiz, hörmətli İlham Əliyev qeyd etdiyi kimi, belə dəvət alınmayıb. Məncə, vəziyyət hələ yetişməyib. Əks tərəf yanaşmalarında destruktivlik nümayiş etdirir. Ona görə də, indi bu haqda danışmaq tezdir”, – deyə Azərbaycan səfiri Ceyhun Bayramovun Moskvaya səfəri zamanı Azərbaycan və Ermənistan liderlərinin görüşünün müzakirə olunub-olunmaması ilə bağlı suala cavabında deyib.
Səfir qeyd edib ki, belə bir təşəbbüs göstərilərsə, əlbəttə ki, lazımi şəkildə nəzərdən keçiriləcək və bu barədə ictimaiyyətə məlumat veriləcək”.
Diplomat vurğulayıb ki, Azərbaycan Qarabağla bağlı beynəlxalq hüquqa əsaslanan mövqeyini qətiyyətlə müdafiə edəcək.
Diplomat Azərbaycan Prezidenti İlham Əliyevin TASS-a müsahibəsində ölkəsinin hansı şərtlərlə hərbi əməliyyatları dayandıra biləcəyini və bu münaqişənin necə həll olunacağını açıq şəkildə izah etdiyinə də diqqət çəkib: “Öz adımdan əlavə edə bilərəm ki, Azərbaycan bundan sonra da beynəlxalq hüquqa və ədalətə əsaslanan mövqeyini qətiyyətlə müdafiə etməyə davam edəcək”.
Follow @7timesaz