Ölkə

Azərbaycan və Rusiya XİN rəhbərləri Laçın yolunu müzakirə ETDİ

Azərbaycan və Rusiya XİN rəhbərləri Laçın yolunu müzakirə ETDİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Rusiya xarici işlər naziri Sergey Lavrov və Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.

7Times.az  xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Azərbaycan tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı XİN rəhbərləri beynəlxalq və regional gündəliyin ən aktual məsələlərinə dair fikir mübadiləsi aparıb.

Qarabağ ətrafındakı vəziyyətin tezliklə de-eskalasiyasına, o cümlədən Laçın yoluna dair tərəflər arasında müzakirələr aparılıb.

Bakı-İrəvan münasibətlərinin davamlı normallaşmasına nail olmaq üçün üçtərəfli razılaşmaların icrasının vacibliyi vurğulanıb.