Region

Azərbaycan vətəndaşları Ermənistana vizasız səfər edə bilər

Azərbaycan vətəndaşları Ermənistana vizasız səfər edə bilərbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Xarici İşlər Nazirliyinin saytındakı yenilik müzakirələrə səbəb olub. 

7times.az xəbər verir ki, ölkəyə vizasız gəlməyə icazə verilən xarici ölkələr arasında Azərbaycanın da adı əlavə olunub.

Ermənistan XİN-in saytına istinadən məlumatına görə, tələbə əsasən, üzərində şəxsiyyətini təsdiq edən bütün müvafiq sənədlər olan Azərbaycan vətəndaşının Ermənistana girişinə və 180 gün müddətində qalmasına maneəsiz icazə verilir. Bundan əlavə, pasportun (diplomatik, adi, xidməti (rəsmi), xüsusi pasportlar və səyahət sənədi) Ermənistanda olduğu müddət ərzində etibarlı olması lazımdır.

Qeyd edək ki, Ermənistan XİN-in saytında Azərbaycanla Ermənistan arasında diplomatik münasibətlərin bərpa edilmədiyinə dair 2019-cu ilin qeydi də saxlanılıb.

modern.az