Siyasət

Azərbaycan XİN-dən “Metsamor”la bağlı ÇAĞIRIŞ

Azərbaycan XİN-dən “Metsamor”la bağlı ÇAĞIRIŞbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Xarici İşlər Nazirliyi Çernobıl fəlakətinin Beynəlxalq Anım Günü və 35-ci ildönümü ilə əlaqədar bəyanat yayımlayıb.

7times.az-ın xəbərinə görə, bəyanatda bildirilir ki, Çernobıl qəzası nüvə sənayesinə böyük təsir göstərib və təhlükəsizlik sahəsində əməkdaşlığın artmasına və yeni hüquqi sənədlərin qəbul edilməsinə səbəb olub. Ən əsası qlobal diqqəti təhlükəsizliyə və bu dəyişikliklərə nail olmaq üçün insan və təşkilati amillərin əhəmiyyətinə yönəldib.

“Bu çərçivədə, Ermənistandakı Metsamor AES ilə əlaqəli risklər beynəlxalq ictimaiyyət  tərəfindən hərtərəfli şəkildə nəzərdən keçirilməlidir. Bu AES 1976-1980-ci illərdə Çernobılda istifadə edilən oxşar texnologiya ilə inşa edilib və aktiv seysmik zonada yerləşir. Köhnəlmiş texnologiya və mövqeyi Metsamoru dünyanın ən təhlükəli nüvə stansiyaları sırasına salır. Müxtəlif beynəlxalq təşkilatların bu obyekti “bütün bölgə üçün təhlükə” adlandıraraq xəbərdarlıq etmələrinə baxmayaraq, Ermənistan Metsamor AES-in istismar müddətinin bitməsinə baxmayaraq, hələ də ondan istifadə etməyə davam edir.

Bu anım günündə, bütün müvafiq beynəlxalq təşkilatları, nüvə təhlükəsizliyi və ətraf mühit məsələləri ilə məşğul olan vətəndaş cəmiyyəti institutlarını, eləcə də bölgə ölkələrini potensial fəlakətin qarşısının alınması barədə ictimaiyyətin məlumatlılığını artırmağa və Metsamor AES-in bağlanması üçün səylərini səfərbər etməyə çağırırıq”, – deyə açıqlamada qeyd olunub.

Xəbərlə daha ətraflı bu linkdən tanış olmaq mümkündür: https://mfa.gov.az/az/news/7299/view