Azərbaycan Xarici İşlər Nazirliyi Tacikistanda baş verən zəlzələ nəticəsində 5 nəfərin həyatını itirməsi ilə bağlı bu ölkəyə başsağlığı verib.
7times.az xəbər verir ki, bu barədə XİN-in rəsmi tviter səhifəsində məlumat verilib.
“Tacikistanda 5 nəfərin ölümü ilə nəticələnən zəlzələ ilə bağlı xəbər bizi kədərləndirdi. Zəlzələ nəticəsində həlak olanların ailələrinə başsağlığı verir və yaralananların tezliklə sağalmasını diləyirik”, – deyə açıqlamada vurğulanıb.
Qeyd edək ki, bu gün Tacikistanın şimalında 5.9 bal gücündə zəlzələ baş verib. Nəticədə, 5 nəfər həlak olub, 2 nəfər yaralanıb.
Follow @7timesaz