Bu ilin yanvar ayında Azərbaycana 152 ölkədən 172,6 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 4,1 % çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, gələnlərin 24 %-i Rusiya, 18,3 %-i Türkiyə, 9,9 %-i Hindistan, 8,7 %-i İran, 5 %-i Gürcüstan, 3,6 %-i Səudiyyə Ərəbistanı, hər biri 3,2 % olmaqla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Qazaxıstan, 3,1 %-i Pakistan, 2,2 %-i Küveyt, hər biri 1,7 % olmaqla Türkmənistan və Özbəkistan, 1,5 %-i Çin, 1,4 %-i Ukrayna, 1,2 %-i İsrail, 1,1 %-i Oman, 10,2 %-i digər ölkələrin vətəndaşları olub, 71,9 %-ni kişilər, 28,1 %-ni qadınlar təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə İsraildən gələnlərin sayı 3,9 dəfə, Çindən – 2,2 dəfə, Tacikistandan – 2,1 dəfə, İspaniyadan – 1,9 dəfə, Hindistandan – 1,7 dəfə, İordaniyadan – 1,7 dəfə, Misirdən – 42,9 %, Niderlanddan – 30,4 %, Qırğızıstandan – 27,2 %, Pakistandan – 25,6 %, ABŞ-dan – 23,7 %, Yəməndən – 21,5 %, BƏƏ-dən – 20,4 %, Türkmənistandan – 16,7 %, Qazaxıstandan – 15,5 %, Fransadan – 13,9 %, İtaliyadan – 11,7 % artıb.
Bundan başqa, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 7,3 % artaraq 5,1 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 5,4 % azalaraq 33,2 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 4,8 % azalaraq 58,4 min nəfər olub, digər ölkələrdən gələnlərin sayı isə 17,3 % artaraq 75,9 min nəfər təşkil edib.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 71,5 %-i hava, 26,4 %-i dəmir yolu və avtomobil, 2,1 %-i isə dəniz nəqliyyatından istifadə edib.
Follow @7timesaz