Hərbi

Rusiyanın bu neft zavodu vurulub – Baş Qərargah məlumat yaydı

Rusiyanın bu neft zavodu vurulub – Baş Qərargah məlumat yaydıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları (PUA) Rusiyanın Krasnodar vilayətində yerləşən Afipskiy Neft Emalı Zavoduna hücum edib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı məlumata görə, zərbələr silahlı təcavüzü təmin edən hədəflərə qarşı dəqiq şəkildə yönəldilib. Döyüş tapşırığı Baş Kəşfiyyat İdarəsi və Pilotsuz Sistemlər Qüvvələrinin bölmələri tərəfindən yerinə yetirilib.

“Afipskiy neft emalı zavoduna endirilən zərbə təsdiqlənib. Zavodun illik emal gücü 6,25 milyon ton təşkil edir ki, bu da Rusiyanın ümumi neft emalının 2,1%-nə bərabərdir. Zərbə nəticəsində qaz və qaz kondensatının emalı üçün nəzərdə tutulan texnoloji qurğu yanmağa başlayıb”, – deyə məlumatda bildirilir.

“AzPolitika.info”