Dünya

“Bu, müharibənin yarı dondurulmasıdır” Podolyak

“Bu, müharibənin yarı dondurulmasıdır” – Podolyakbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər mediada Rusiyanın qarşılıqlı PUA və raket zərbələrini dayandırmağa razılıq verdiyi barədə məlumatlar dolaşır. Hələlik rəsmi təsdiqini tapmayan bu məlumata görə, Rusiya raket zərbələrini dayandıraraq bunu böyük güzəşt kimi təqdim etsə də, cəbhə boyu hücumlarını davam etdirməyi planlaşdırır.

Bu məlumatları şərh edən Ukrayna Prezident Ofisnin müşaviri Mixail Podolayk mətbuata açıqlamasında deyib ki, PUA və raket zərbələri dayandırılsa belə, Rusiya cəbhə xəttində müharibəni dayandırmayacaq: “Rusiya dinc əhaliyə qarşı zərbələri əsas müharibə aləti hesab edir. Yəni Rusiyanın belə kollektiv psixotipini, kollektiv şüurunu, kollektiv eqosunu nəzərə alsaq, çətin ki, onlar soyqırım müharibəsinin əsas alətindən əl çəksinlər, ona görə də bu, nəzəri ssenaridir”.

Podolyakın sözlərinə görə, PUA və raket zərbələrinin dayandırılması müharibənin yarı dondurulmasıdır, çünki Rusiya cəbhə xəttində müharibəni dayandırmayacaq.

Eyni zamanda, onun fikrincə, ABŞ çətin ki, hansısa anda danışıqlar prosesindən çıxsın: “Trampın danışıqlar prosesindən geri çəkiləcəyini güman etmək olarmı? O, öz sülhməramlı missiyasının artıq uğurlu olduğunu güman edə bilərmi? Çətin… Əgər ABŞ müəyyən yarımdondurulmuş münaqişələrlə razılaşarsa, bu, Rusiyanın beynəlxalq münasibətlər sistemini, beynəlxalq hüququ pozduğunu və yeni qaydalar formalaşdırmaqla dominant olması demək olacaq”.

Qeyd edək ki, bundan əvvəl Podolyak ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoffun Moskvaya səfərinin Rusiya-Ukrayna müharibəsində heç nəyi dəyişməyəcəyini proqnozlaşdırmışdı. O qeyd edib ki, Putin Ukrayna ilə bağlı iddialarından əl çəkməyib və təcavüzünü davam etdirmək niyyətindədir: “Putin təkcə faktiki işğala deyil, həm də Avropanın yeni torpaqları ələ keçirmək hüququnun tanınmasına ehtiyac duyur. Onun məqsədi vaxt qazanmaq, Hindistan, Braziliya və Çinə neft və qaz ixracından əldə edilən gəliri qorumaq və Tramp administrasiyasının yumşaq ritorikasına nail olmaqdır”.