Küveyt Dövlətinin Əmiri Nəvaf əl-Əhməd əl-Cabir əl-Sabah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
7times.az xəbər verir ki, təbrik məktubunda deyilir:
“Zati-aliləri.
Dost ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Bu xoş fürsətdən istifadə edərək dost ölkələrimiz və xalqlarımız arasında mövcud olan möhkəm əlaqələrin davamlı olaraq inkişaf etməsi ilə bağlı səmimi arzularımızı bildirirəm.
Zati-aliləri, Sizə cansağlığı və xoşbəxtlik, Azərbaycana və onun dost xalqına davamlı tərəqqi, firavanlıq arzulayıram”.
Follow @7timesaz