“Britaniya ştammı” deyilən mutasion forma yüksək yoluxma tembri ilə fərqlənir. Əslində bu virusun ölüm göstəricisi yüksək deyil. Sadəcə, hazırda yoluxma sayı yüksək olduğuna görə ölüm riski də yüksəkdir.
7times.az xəbər verir ki, bu sözləri axar.az-a tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.
O bildirib ki, nəinki Britaniya ştammı, koronavirusun adi forması belə uşaqlar arasında hazırda klinik əlamətlər ilə müşahidə olunur:
“Britaniya ştammı da koronavirusun mutasiya forması olduğu üçün uşaqlar arasında daha çox müşahidə olunur. Əlbəttə, yoluxma sayı, epidemioloji vəziyyət artdıqca dövlət karantin qaydalarını yenidən sərtləşdirə bilər. Təbii ki, qarşıdan gələn bayram günlərində vətəndaşlardan da çox şey asılıdır. Xüsusilə bayram günlərində vətəndaş məsuliyyətinin artması çox vacibdir. Qapalı məkanlarda, ictimai yerlərdə, nəqliyyatda sərtləşdirilmə epidemioloji vəziyyətə uyğun olaraq aparılır.
Hesab edirəm ki, Britaniya ştammı müəyyən yayılma potensialı yaradacaq və biz bunu 3-cü dalğa və ya mərhələ adlandıra bilərik”.
Qeyd edək ki, Azərbaycanda Britaniya ştammının olduğu rəsmən təsdiqlənib.
Follow @7timesaz