Cəmiyyət

Azərbaycanda 55 yaşlı qadını ildırım vurub

Azərbaycanda 55 yaşlı qadını ildırım vurubbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daşkəsən rayonunda yaylaq ərazisinə ildırım düşüb.

“Report”un Qərb bürosunun məlumatına görə, Daşkəsən rayon Qaraqullar kənd sakini, 1968-ci il təvəllüdlü A.Qəmbərova ildırım düşən əraziyə yaxın olduğu üçün xəsarət alıb.

O, xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.

Qeyd edək ki, Qərb bölgəsində qeyri-sabit hava şəraiti müşahidə olunur.