Ölkə

Azərbaycanda ardıcıl 7 gün İŞ OLMAYACAQ – TARİXLƏR

Azərbaycanda ardıcıl 7 gün İŞ OLMAYACAQ – TARİXLƏRbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Baş nazir Əli Əsədov gələn ilin bayram günləri ilə bağlı qərar imzalayıb.

 

7Times.az -ın qərara əsasən məlumatına görə, 2025-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı günləri müəyyən edilib.

 

Gələn il 22 və 23 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq, 25 və 26 mart tarixləri qeyri-iş günü olacaq.

 

Beləliklə, 2025-ci ilin Novruz bayramında ardıcıl 7 gün – 20, 21, 22, 23, 24, 25 və 26 mart tarixlərində iş olmayacaq.

 

Martın 27-si isə bayramdan sonra ilk iş günüdür.