Hadisə

Azərbaycanda baş həkim marketdən araq oğurlayıb? – AÇIQLAMA

Azərbaycanda baş həkim marketdən araq oğurlayıb? – AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrdə Masallı rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rasim Əzizovun marketdən oğurluq etdiyi iddia olunan görüntülər yayılıb.

7Times.az xəbər verir ki, həmin görüntülərdə bir nəfərin marketdən spirtli içki oğurlayıb pencəyin qoltuğuna qoyduğu əks olunub.

İddialarla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xitmədinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Lent.az-a yayılan görüntülərdən məlumatlı olduqlarını bildirib:“Həmin mağazadan Masallı rayon Polis Şöbəsinə şikayət xarakterli müraciət daxil olmayıb. Sosial şəbəkələrdə yayılan həmin görüntülərdən də məlumatlıyıq. Hazırda faktla bağlı araşdırma aparılır”.