Ölkə

Azərbaycanda bu bank hesabları bağlanacaq – Aprelin 25-dən

Azərbaycanda bu bank hesabları bağlanacaq – Aprelin 25-dənbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azər Türk Bank” aprelin 25-dən etibarən bəzi bank hesablarını bağlayacaq.

Bankdan Gundem.az-a daxil olan məlumata görə, hesab üzrə aylıq dövriyyə minimum 1 AZN, illik dövriyyə minimum 12 AZN olduqda müvafiq hesab bank tərəfindən birtərəfli qaydada bağlanıla bilər.

Eyni qayda digər valyutalarla olan hesablara da şamil edilir.

Bundan əlavə, bank hesabı üzrə bir ildən çox əməliyyat aparılmadığı təqdirdə və hesabda qalıq olduqda hesabın əməliyyat sistemində saxlanılması üçün tariflər 2 AZN-dək, digər valyutalarda isə 2 ABŞ dolları ekvivalentdə müəyyən edilib.