Hadisə

Azərbaycanda görünməmiş olay: yanan evin altından çıxanlar dəhşətə gətirdi – FOTO

Azərbaycanda görünməmiş olay: yanan evin altından çıxanlar dəhşətə gətirdi – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gün əvvəl Qax rayonu Oncallı kəndində baş verən yanğınla bağlı maraqlı məlumat yayılıb.

7times.az Metbuat.az-a istinadən xəbər verir ki, yanan evin söküntüsündən sonra ortaya çıxanlar hər kəsi dəhşətə gətirib. Belə ki, dekabrın 10-da sözügedən ev sökülüb və evin altından çoxlu ilanlar çıxıb.

Hadisə şahidlərinin Lent.az-a verdiyi məlumata görə, ilanların sayı o qədər çox olub ki, sanki yerdən ilan “qaynayıb”.

Qeyd edək ki, dekabrın 7-də Qax rayonunun Oncallı kəndində ümumi sahəsi 140 m² olan (hər mərtəbəsi 70 m²) ikimərtəbəli evin ikinci mərtəbəsində 3 otağın yanar konstruksiyaları və dam örtüyü yanıb.
282196