Maqazin

“Azərbaycanda gündə 7 min qazanırdı, Almaniyada yataqxanada qalır“ – “O naşükür Bakıya gətirilməlidir!“

“Azərbaycanda gündə 7 min qazanırdı, Almaniyada yataqxanada qalır“ – “O naşükür Bakıya gətirilməlidir!“backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sən Azərbaycan toylarından qazan, ye, iç, bir qəpik vergi ödəmə, altında maşının, evin-eşiyin olsun, sonra da ölkə haqda belə sözlər de”.

7times.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a tanınmış prodüser, teleaparıcı Tarix Əliyev (Tolik) mühacir həyatı yaşayanlarla bağlı danışarkən deyib.

O, Almaniyada yaşayıb Azərbaycan xalqını tez-tez boykota çağıran müğənni Qismət Məmmədzadəni yada salıb. Tolik onu naşükür adlandırıb və bunu siyasi sığınacaq almaq məqsədilə etdiyini bildirib:

“Mən istəyərəm ki, xaricdə yaşayıb adını müxalifətçi qoyanların bir çoxu Azərbaycana gətirilsin. Müğənni Qismət (Qismət Məmmədzadə) hər kəsin yadındadır. Qismət Azərbaycanda pis dolanırdı? Toylara 7 min manata gedirdi, ayda da ən azı 15-20 toyu olurdu. Bəs o neylədi? Kiməsə aldandı, getdi, indi orada yataqxanada qalır. Ayda da 300-400 avro pul alır. Başladı ağzından çıxanı ölkə haqqında deməyə. Elə bildi ki, belə eləməklə Almaniya ona pasport verəcək. Belə insanlara naşükür deyirlər. Bu tip müğənnilər, başda Qismət Məmmədzadə olmaqla naşükürdürlər. Sən Azərbaycan toylarından qazan, ye, iç, bir qəpik vergi ödəmə, altında maşının, evin-eşiyin olsun, sonra da ölkə haqda belə sözlər de. Bunun adı nədir? Yalandan deyirlər, insanlar da inanır, elə bilirlər ölkədən gedəndə hər şey nağıllar aləmindəki kimi olacaq, çayın yerinə süd axacaq, ağaclardan da alma yerinə bulka sallanacaq. Xeyr! Heç də belə deyil. Bu ancaq nağıllarda olur, Almaniyada belə şey yoxdur”.

“Azərbaycanda gündə 7 min qazanırdı, Almaniyada yataqxanada qalır“  - “O naşükür Bakıya gətirilməlidir!“