“Bu standart İslam Qaydaları əsasında halal dərman vasitələrinin istehsalı və daşınması zamanı əsas tələbləri müəyyənləşdirir və bu sahədə ixtisaslaşan təşkilatların istifadəsi nəzərdə tutulur. Standart, halal dərman məhsulları üzrə halal statusunun qorunub saxlanılmasını təmin edəcək və istehlakçıların bu növ məhsullara olan etimadının yüksəlməsinə töhfə verəcək. Dövlət standartı hazırlanarkən Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi ilə rəsmi qaydada razılaşdırılıb”, – məlumatda vurğulanıb.