Bu ilin ilk yarısına olan məlumata görə, Azərbaycanda orta aylıq nominal əməkhaqqı 720 manat olub.
7times.az açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, ən yüksək əməkhaqqını paytaxt sakinləri alıb. Paytaxt Bakıda orta aylıq əməkhaqqı 959,8 manat təşkil edib.
Orta aylıq əməkhaqqının 500 manatdan yüksək olduğu şəhər və rayonlar bunlar olub:
Gədəbəy rayonu – 648,4 manat
Sumqayıt şəhəri – 628,6 manat
Daşkəsən rayonu – 619,7 manat
Sədərək rayonu – 586 manat
Şirvan şəhəri – 565,2 manat
Qubadlı rayonu – 557,3 manat
Siyəzən rayonu – 555,6 manat
Naxçıvan şəhəri – 538,9 manat
Abşeron rayonu – 537,1 manat
Gəncə şəhəri – 526 manat
Biləsuvar rayonu – 522,6 manat
Kəngərli rayonu – 519,2 manat
Şahbuz rayonu – 516,8 manat
Zəngilan rayonu – 511,8 manat
Xocalı rayonu – 510,3 manat
Ordubad rayonu – 505,7 manat
Salyan rayonu – 505,1 manat
Şərur rayonu – 502,5 manat
Culfa rayonu – 501,5 manat
Digər şəhər və rayonlarda orta aylıq əməkhaqqı 400-500 manat arasında dəyişib. Yalnız 4 rayonda orta aylıq əməkhaqqı 400 manatdan aşağı olub. Ən aşağı əməkhaqqı Qax rayonunda verilib – cəmi 393 manat.
Orta aylıq əməkhaqqının 400 manatdan aşağı olduğu şəhər və rayonlar bunlar olub:
Ağdam rayonu – 396,9 manat
Zaqatala rayonu – 394,7 manat
Bərdə rayonu – 394,5 manat
Qax rayonu – 393 manat
Yeniavaz.com
Follow @7timesaz