Aktual

Azərbaycanda İsrail “F-35”ləri var? – MN-dən AÇIQLAMA

Azərbaycanda İsrail “F-35”ləri var? – MN-dən AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xarici mətbuatda Azərbaycan-İsrail münasibətləri bağlı növbəti iddia səsləndirilib.
7times.az xəbər verir ki, İngiltərədə fəaliyyət göstərən ərəbdilli “Elaph” qəzeti tərəfindən Azərbaycanda İsrailə məxsus “F-35” qırıclarının olması haqqında informasiya dərc olunub.
Belə ki, mənbədə “İsrailin iki “F-35” təyyarəsinin hər zaman Azərbaycanda olduğunu və İsrailin lazım gəldikdə oraya başqa döyüşçülərini gətirə bilər”, – deyə qeyd edilib.
Məsələ ilə bağlı Bizim.Media-ya danışan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi Anar Eyvazov sözügedən məlumatın doğru olmadığını bildirib:
“Müdafiə Nazirliyi tərəfindən hələlik bu barədə rəsmi açıqlama nəzərdə tutulmayıb. Bu formada müxtəlif məlumatlar yayılır, lakin bunlar təxribat xarakterlidir”.
Qeyd edək ki, sözügedən mənbədə dərc olunan məlumatda rəsmi Tel-Əvivin İrandan Azərbaycana qarşı təhdid yaranacağı təqdirdə “F-35”lərin texniki və havadan dəstəyi həyata keçirə biləcəyi də qeyd olunub.
(bizim.media)