Ölkə

Azərbaycanda kirayə qiymətləri 7 %-dən çox artıb

Azərbaycanda kirayə qiymətləri 7 %-dən çox artıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin iyun ayının yekununda Azərbaycanda kirayə qiymətləri ötən ilin iyun ayının yekunu ilə müqayisədə 7,4 %, mayın sonuna nisbətən isə 0,3 % çox olub.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) rüblük “Pul Siyasəti İcmalı”nda bildirilir.

Bundan başqa, iyunda ilkin mənzil bazarında qiymətlər orta hesabla 12,4 %, təkrar mənzil bazarında isə 8,6 % artıb. Ümumi qiymət artımı da 8,6 % təşkil edib.