Siyasət

Azərbaycanda “Media haqqında” yeni qanun HAZIRLANIB

Azərbaycanda “Media haqqında” yeni qanun HAZIRLANIBbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Media haqqında” yeni qanun layihəsi hazırlanıb.

7times.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bu gün Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında çıxış edən zaman deyib.

Onun sözlərinə görə, qanun layihəsinin təkmilləşdirilməsi üçün Türkiyənin təcrübəsindən də istifadə edilib: “Yeni qanun layihəsində bir sıra vacib məsələlər öz əksini tapıb. Bu qanun layihəsi medianın inkişafına imkan verəcək”.