Ölkə

Azərbaycanda yeni nəzarət sistemi platforması istifadəyə veriləcək

Azərbaycanda yeni nəzarət sistemi platforması istifadəyə veriləcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yeni ildən etibarən mədən tullantılarının və təbii resursların səmərəli idarə olunması istiqamətində önəmli qərarlar qəbul edilərək sahibkarlara məlumat veriləcək”.

7times.az xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, bunu “Dağ-mədən sektorunda mövcud problemlər, aparılan islahatlar və inkişaf perspektivləri” mövzusunda keçirilən tədbirdə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib.

Onun sözlərinə görə, mədən sənayesində tam şəffaflığın təmin edilməsi və sahibkarlar tərəfindən bütün əməliyyatların elektron formatda yerinə yetirilməsi məqsədi ilə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən “elektron qeydiyyat və nəzarət sistemi platforması” qısa müddətdə istifadəyə veriləcək:

“Əsas məqsəd platforma vasitəsi ilə vaxt itkisi olmadan elektron formada müraciətlərin, hesabatların və icazə sənədlərinin verilməsi və hər bir istismarçının şəxsi kabineti vasitəsi ilə əməliyyatların cari vəziyyətinin izlənilməsini təmin etməkdir”.

O qeyd edib ki, 2022-ci ildən etibarən işğaldan azad olunan bölgələr də daxil olmaqla hərracların keçirilməsi əsas prioritet olmaqdadır.