Gündəm

Azərbaycanda zəlzələ oldu

Azərbaycanda zəlzələ oldubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yerli vaxtla saat 06:25-də Saatlı stansiyasından 20 kilometr şimal-qərbdə, İmişli rayonunda zəlzələ qeydə alınıb.

Sfera.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, zəlzələnin ocağı 60 kilometr dərinlikdə yerləşib.

Maqnitudası 3,6-ya bərabər olan zəlzələ episentrdə hiss olunmayıb.