Milli Məclisə seçkilər 6477 seçki məntəqəsində keçiriləcək.
7Times.az xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın avqustun 16-da keçirilən iclasında söyləyib.
O deyib ki, onlardan 6343 daimi, 134 müvəqqəti seçki məntəqələridir.
Bildirilib ki, müvəqqəti məntəqələr səsvermə gününə 5 gün qalmış yaradılır, ona görə də bu say dəyişə bilər.
Məlumata görə, Azərbaycanda hazırda 6 421 073 nəfər seçici var. MSK sədri bildirib ki, azad olunmuş ərazilərdə 42 mindən çox seçici Milli Məclisə seçkilərdə səs verəcək: “Orada 54 seçi məntəqəsi fəaliyyət göstərəcək. Onların 34-ü daimi, 20-i müvəqqətidir. Amma müvəqqəti seçki məntəqələrinin sayı artırıla bilər”.
Follow @7timesaz