Aktual

Azərbaycandan İrana cavab: “Özünü fövqəldövlət kimi qələmə verib qarşındakını cılız görmək anormal davranışdır”

Azərbaycandan İrana cavab: “Özünü fövqəldövlət kimi qələmə verib qarşındakını cılız görmək anormal davranışdır”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran İslam İnqilabının Keşikçiləri Korpusunda olanlar siyasət adamı yox, “din adamları”dırlar. Rusiyanın Azərbaycana qarşı reaksiyası yarananda sinxron olaraq İran da eyni davranışı sərgiləyir. Beynəlxalq sərhədlərin dəyişdiriləcəyi halda sərt reaksiya göstərmək istəyi ciddi yanlışlıqdır. Doğrudur, İran Zəngəzur dəhlizinə razı deyil, çünki həmin alternativ yolun İrandan keçməsini istəyir. Lakin Azərbaycan tərəfi İranla danışıb və bildirib ki, Ermənistanla razılıq əldə olunmazsa, həmin alternativ yol kimi İran ərazisindən istifadə ediləcək”.

Bunu Pravda.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Politoloq bildirib ki, özünü fövqəldövlət kimi qələmə verib qarşındakını cılız görmək anormal davranışdır: “İran sakit otursa, özü üçün də daha yaxşı olar. Əks halda, onların xeyrinə heç nə olmaz. Onsuz da dünyanın qəzəbi İranın üzərindədir. Belə olan halda, qonşu dövlətlərlə də vəziyyəti gərginləşdirmək uzaqgörən siyasətin nəticəsi deyil. Bu, hətta çox mənasız davranışdır. İranda belə anlamsız bəyanatlarının nəticəsini elə bu yaxınlarda görüblər. Ona görə də həmin “din adamları” daha ehtiyatlı davranmalıdırlar”.