“Hər hansı kəskin hadisələr baş verməsə, düşünmürəm ki, bu səhifəni yenidən açacağıq. Mən bu səhifəni bağlanmış hesab edirəm”.
“7Times.az” xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan “Factor TV”-yə verdiyi müsahibədə Azərbaycanla mümkün müharibə ilə bağlı sualı cavablandırarkən deyib.
Simonyan hesab edir ki, Ermənistanla Azərbaycan arasında müharibə səhifəsi bağlanıb. Parlament sədrinin sözlərinə görə, Ermənistan tərəfinin müharibəni dayandırmaq və sülh dövrü ilə bağlı təklifləri, ümumi ritorikası erməni cəmiyyəti tərəfindən artıq qəbul edilib.
Follow @7timesaz


