Azərbaycanla Türkiyə arasında daha bir anlaşma memorandomu imzalanıb.
7times.az xəbər verir ki, imzalama mərasimi Azərbaycanın Baş Prokurorluğunda keçirilib.
Memorandomu Azərbaycan tərəfdən Baş prokuror Kamran Əliyev və Türkiyə tərəfdən isə qardaş ölkənin Ali Məhkəməsinin Baş prokuroru Bekir Şahin imzalayıb.
Qeyd olunub ki, Baş prokurorların imzaladığı sənəd Türkiyə və Azərbaycan arasında beynəlxalq hüquqi əməkdaşlığın gücləndirilməsi, mövcud əlaqələrin gələcəkdə daha da intensivləşdirilməsi, hüquqi əlaqələrin dərinləşdirilməsi məqsədini daşıyır.
Mərasim zamanı ölkələr arasında beynəlxalq hüquqi əməkdaşlıq, ekstradisiya, prokurorların təlimi və digər əhəmiyyətli sahələrdə əlaqələrin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub.
Follow @7timesaz