Ölkə

Azərbaycanlı alim dünyasını dəyişdi

Azərbaycanlı alim dünyasını dəyişdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kimya elminə ağır itki üz verib.

7times.az xəbər verir ki, Azərbaycanın görkəmli kimyaçı alimi, AMEA-nın müxbir üzvü Tofiq Alxazov 88 yaşında vəfat edib.

Məlumat üçün bildirək ki, Tofiq Həsən oğlu Alxazov 1932-ci il sentyabrın 27-də Bakı şəhərində anadan olub. O, 1955-ci ildə Azərbaycan Sənaye İnstitutunu “mühəndis texnoloq” ixtisası üzrə bitirib, 1960-cı ildə kimya üzrə fəlsəfə doktoru, 1969-cu ildə kimya elmləri doktoru elmi dərəcələrini, 1971-ci ildə professor elmi adını alıb. 1989-cu ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilib.