Azərbaycanlı deputatlar NATO PA-nın 69-cu illik sessiyasında iştirak edəcək.
Bu barədə “7Times.az “a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Belə ki, Milli Məclisin deputatları – NATO Parlament Assambleyasında (NATO PA) nümayəndə heyətinin rəhbəri, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, nümayəndə heyətinin üzvləri parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, Məlahət İbrahimqızı, Kamran Bayramov və Elşən Musayev NATO PA-nın 69-cu illik sessiyasında iştirak etmək məqsədilə oktyabrın 6-da Danimarka Krallığının Kopenhagen şəhərinə səfər edəcəklər.
İllik sessiya çərçivəsində qurumun Bürosunun, Siyasi, Demokratiya və təhlükəsizlik, Müdafiə və təhlükəsizlik, İqtisadiyyat və təhlükəsizlik, Elm və texnologiya komitələrinin iclasları da keçiriləcək. Deputatlarımız iclaslarda müzakirə edilən məsələlərə münasibət bildirəcəklər.
Səfər oktyabrın 10-da başa çatacaq.
Follow @7timesaz