Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən saxlanılan iki azərbaycanlı hərbçi Rusiya sülhməramlılarının köməyi ilə sərbəst buraxılıb.
7times.az “İnterfax”a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Rusiya sülhməramlı kontingentinin komandanlığının vasitəçiliyi ilə 30 yanvar 2021-ci il tarixində Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidməti tərəfindən Ermənistanın Sünik bölgəsinin Teh məntəqəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin saxlanılan iki hərbçisi sərbəst buraxılıb”, – deyə açıqlamada bildirilib.
Qeyd olunub ki, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında baş verə biləcək hadisələrin qarşısını almaq üçün səyləri əlaqələndirmək üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır.
Hərbi şöbənin açıqlamasında deyilir ki, yanvarın 30-da Azərbaycan tərəfinin xahişi ilə Rusiya sülhməramlı kontingentinin xüsusi tibbi birliyi 16 xəstə Azərbaycan əsgərini Vəng (Çinarlı) kəndindən Mağavuza (Çardaqlı) təxliyə edib. Orada onlar azərbaycanlı həkimlərə təhvil verilib.
“Rusiya sülhməramlıları 27 müşahidə məntəqəsində gecə-gündüz vəziyyəti izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər. Bütün təmas xətti boyunca atəşkəsə riayət olunur”, – deyə Rusiya MN bəyan edib.qafqazinfo
Follow @7timesaz