Azərbaycanlı iş adamı Rza Zarrab kimliyini dəyişdi

Azərbaycanlı iş adamı Rza Zarrab kimliyini dəyişdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanlı iş adamı Rza Zarrab şəxsiyyətini dəyişdirərək Aaron Qoldsmith adını alıb.

7times.az xəbər verir ki, ABŞ-ın Florida ştatında yaşayan iş adamının yeni həyatı illər sonra üzə çıxıb.

Reza Zarrab Floridada “Next Level Performance Center” adlı atçılıq mərkəzi qurub.

Qoldsmith adı ilə tanınan Zarrab 20 ilə yaxındır bu sektorun içində olduğunu açıqlayıb: “İndi at təlimi ilə məşğul olmağa başlamışıq. Allaha şükür, çox yaxşı bir komanda qurmuşam”.

Qeyd edək ki, 2016-cı ilin martın 22-də ABŞ-da çirkli pulların yuyulması ittihamı ilə həbs edilən Rza Zərrab əldə etdiyi razılaşmadan sonra sərbəst buraxılıb.