Ölkə

“Azərsun” “Araz” supermarketlərindən nazirliyə şikayət etdi – Səbəb

“Azərsun” “Araz” supermarketlərindən nazirliyə şikayət etdi – Səbəbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ölkənin aparıcı şirkətlərindən biri – “Veysəloğlu” MMC və bu şirkətə bağlı olan “Araz Supermarket”lər şəbəkəsi barəsində araşdırmalar aparır.
Yeniavaz.com
 Xidmətdən açıqlanan məlumata istinadən xəbər verir ki, araşdırma ölkənin başqa bir aparıcı şirkəti “Azərsun Holdinq” MMC-nin müraciəti əsasında başlayıb.
Bildirilir ki, qanun pozuntusu “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 4-cü abzasının və 9-cu maddənin 2-ci abzasının tələblərin pozulması əlamətləri üzrədir.“Azərsun Holdinq” MMC şikayət ərizəsində bildirib ki, onlara məxsus “Qu quşu” əmtəə nişanından “Veysəloğlu” MMC, “Araz Supermarket” MMC və fiziki şəxs Vüqar Qənbərov qanunsuz istifadə ediblər.