Siyasət

Bakı beynəlxalq nazirlər konfransına ev sahibliyi edəcək

Bakı beynəlxalq nazirlər konfransına ev sahibliyi edəcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Asiya İnkişaf Bankının ölkə üzrə direktoru Kendis Makdeyqan ilə görüşüb.

XİN-dən 7times.az-a verilən məlumata görə, nazir Ceyhun Bayramov qarşı tərəfə post-münaqişə dövründə bölgədə mövcud olan vəziyyət, həyata keçirilən geniş miqyaslı bərpa və quruculuq işləri barədə məlumat verib.

Kendis Makdeyqan təqdim olunan məlumatların mövcud vəziyyətin ümumi kontekstinin başa düşülməsi üçün önəmli olduğunu bildirib.

K.Makdeyqan Azərbaycanın cari il ərzində Asiya İnkişaf Bankının Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq üzrə nazirlər konfransına ev sahibliyi edəcəyini səsləndirib.