Siyasət

“Bakı buna susmaz, mümkün deyil…” – Ermənistan hərbçilərinin gizli yerdəyişməsi baş verir?

“Bakı buna susmaz, mümkün deyil…” – Ermənistan hərbçilərinin gizli yerdəyişməsi baş verir?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Qanunsuz hər hansı bir yerləşmədən söhbət gedirsə, dünən bir avtomobillə dolu erməni əsgəri dəqiq atəşlə məhv edilib. Deməli, qanunsuz hərəkət olduğu təqdirdə Azərbaycan Ordusu dərhal hərəkətə keçir. İnanmıram ki, Türkiyə qoşunları və Azərbaycan Müdafiə Nazirliyinin gözü qarşısında Azərbaycan dövlətinin mənafeyinə zidd proseslər baş versin və Bakı sussun. Bu mümkün deyil”.
7Times.az xəbər verir ki, sözləri Sfera.az-a açıqlamasında  “Caliber” layihəsinin “YouTube” səhifəsində yayımladığı süjetdə son günlər Ermənistan silahlı qüvvələrinin aktiv şəkildə Qarabağdakı Rusiya sülhməramlılarının məsuliyyət zonasına yerləşdirildiyi barədə yayılmış informasiyalara münasibət bildirərkən, politoloq Natiq Miri deyib:
Həmsöhbətimiz bildirib ki, ciddi təhlükə olsaydı nəinki tək Türkiyə, Azərbaycan xüsusi xidmət orqanları da susmazdı:
“Görünür yaxın günlərdə həyata keçəcək hansısa razılaşdırılmış məqamlar var. Paşinyanın seçkidən sonra Rusiyaya səfəri baş tutdu. Ardınca isə Azərbaycan Prezidentinin Moskva səfəri reallaşdı. Bu səfərlər çərçivəsində hansısa razılaşdırılmış məqamların olduğunu istisna etmək olmaz. Ola bilər, Qarabağdakı qanunsuz erməni silahlıları buradan çıxarılsın. Sərhədlərin müəyyənləşməsi prosesinə rəvac verilsin və nəhayət Qazaxın 7, Naxçıvanın Kərki kəndinin Azərbaycana qaytarılmasına başlanılsın”.