Siyasət

Bakı qabaqladı: İrəvan Brüsseldə bunu istəyə bilməyəcək

Bakı qabaqladı: İrəvan Brüsseldə bunu istəyə bilməyəcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı və İrəvan arasında növbəti “barter” baş tutdu: 10 erməniyə qarşı azad edilmiş digər ərazilərin mina xəritələri alındı.

Bundan öncə üç rayonun – Ağdam, Füzuli və Zəngilanın mina xəritələri verilib. Bakı rəsmi şəkildə bəyan edib ki, verilən mina xəritələrinin 25 faizi doğrudur və bundan sonra tələb minalanmış ərazilərin yox, minaların basdırıldığı yerlərin xəritərinin verilməsi şəkilində qoyuldu. Ermənistanın bu tələbi yerinə yetirdiyi və indi verdiyi xəritələrin tam dəqiqliyi yenə də şübhəli olaraq qalır.

Bu “barter”də ilk qazanan tərəf Rusiyadır:

– Soçi görüşünün “humanitar razılaşmasını” icra etdi;

– Avropa İttifaqının Brüssel görüşündə humanitar məsələ üzərindən vasitəçilik etmək imkanını azaltdı.

Mina xəritələrinin tam dəqiqliyi istisna olsa da, Bakı qazanan tərəfdir:

Birincisi, antiterror əməliyyatında saxlanılan və məhkəmə qarşısında çıxarılan erməniləri yox, 16 noyabrda sərhəddə saxlanılan erməniləri verdi: bununla Qarabağda baş verənlərin “daxili məsələmiz” olduğu mövqeyindən geri çəkilmədi;

İkincisi, sərhəddə saxlanılan 10 erməni hərbçiyə qarşı bütün ərazilərin mina xəritələrini əldə etdi;

Üçüncüsü, Ermənistanın Brüssel görüşünün gündəmini formalaşdırmaq imkanını azaltdı: istisna deyil ki, İrəvan Bakını “əsir” məsələsində ittiham edəcək, Bakı buna qarşı görüş öncəsi “barteri” göstərə, məhkəmə qarşısına çıxarılan ermənilərin Azərbaycan ərazisində saxlanıldığı və Qarabağın Azərbaycan ərazisi olduğu reallığını irəli sürə biləcək.

Bu “barter”də ən mühüm məqam bütün ərazilərin mina xəritələrinin verilməsi və “mina xəritəsi” mövzusunun müəyyən mənada aradan çıxmasıdır. Ermənistan Bakıda həbsdə olan ermənilərin qaytarılması məsələsindən əl çəkməyəcək. Və bu, Bakıya əlindəki “kart”dan daha səmərəli istifadə etmək, dəqiq olmayan xəritələrdən daha çox şey qazanmaq imkanı verir.

Asif Nərimanlı