Ölkə

Bakıda 7 kq narkotik dövriyyədən çıxarıldı

Bakıda 7 kq narkotik dövriyyədən çıxarıldıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib.

DİN-dən 7Times.az-a verilən xəbərə görə, tədbirlərlə əvvəllər məhkum olunmuş 52 yaşlı Zaur Ələsgərov şübhəli şəxs qismində saxlanılıb.

Ondan 6 kiloqram marixuana, 470 qram tiryək və 355 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.*

Saxlanılan şəxs ifadəsində narkotik vasitələri satış məqsədilə əldə etdiyini bildirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.